Eşşəyi zebra kimi boyayıb, Ermənistan seçkilərinin gündəmini dəyişdirdilər - İrəvandan incilər...

Eşşəyi zebra kimi boyayıb, Ermənistan seçkilərinin gündəmini dəyişdirdilər - İrəvandan incilər...
18.05.2026 14:45 Siyasət

Bu il Ermənistanda seçki kampaniyası o qədər rəngarəng keçir ki, bəzən adam unudur siyasətə baxır, yoxsa sirkə düşüb. Hətta  elə hadisələr baş verir ki, çox vaxt Ermənistan cəmiyyətində hazırda ən vacib siyasi  mövzuları kölgədə qoyur. Bütün ölkə gülür, paylaşır, müzakirə edir. İrəvanda  ən çox danışılan və viral olan   kuryozlar:                                              "Zebra eşşək" – kampaniyanın əsas ulduzu: 


İrəvanın  mərkəzi Myasnikyan prospektində bir gün birdən “zebra” peyda oldu. Maşınlar dayanır, insanlar telefonlarını çıxarıb video çəkirlər. Bu hadisə siyasətçilərin çıxışlarını belə arxa planda qoydu. Axırda məlum oldu ki, bu zebra yox, adi eşşəkdir. Sahibi heyvanı zolaqlı boyayla boyayıb, video çəkmək üçün küçəyə çıxarıb. Hadisə o qədər yayıldı ki, qlobala çıxdı. Bu hadisə Azərbaycanda məşhur ağdamlı lətifəsini  xatırladır: adam eşşəyini zebra kimi boyayıb satmaq istəyir.  Yerevanlı da eyni “yaradıcılıq” göstərib, nəticədə bütün Ermənistanı ciddi məsələlərdən ayırıb güldürə bilib. 

Samvel Karapetyanın “dil dərsi” 


Müxalifət lideri Samvel Karapetyan mitinqdə “haghtarshav” sözünü elə tələffüz edərkən  dili dolaşdı. Paşinyan bu fürsəti əldən verər? O da  Canlı efirdə rəqibinə erməni dili dərsi keçdi, düzgün tələffüzü göstərdi, üstəlik bir az da ələ saldı. O an dərhal bütün sosial şəbəkələrdə viral  oldu.   

Gagik Tsarukyanın şəxsi zooparkı: 


Oliqarx Gagik Tsarukyanın evində 2020-ci ildə keçirilən axtarışın görüntüləri yenidən gündəmə bomba kimi düşüb. Polislər evdən canlı aslanlar, zirehli maşınlar, bahalı avtomobillər çıxarır. Seçki vaxtı bu kadrlar yenidən ortalığa çıxdı və  hamı “Tsarukyanın şəxsi zooparkı” deyə lağ etməyə başladı.  


Müqəddəs Anna kilsəsində Paşinyana yaxınlaşıb ona toxunmaq istəyən gənc saxlanılıb. Hadisə gərginliyin nə qədər yüksək olduğunu bir daha göstərdi.   

Paşinyanın barabanı və “ürək" jesti  


Baş nazir  seçki kampaniyasını sosial media şousuna çevirib. Küçədə baraban çalır, gənclərlə “ürək” jesti edir, rəqs edir, canlı yayım aparır. Müxalifət buna “ucuz popülizm” deyir, amma gənclər arasında bu fəndlər çox işə yarayır.

Seçkilər getdikcə daha da maraqlı bir mənzərə alır. Siyasi rəqabətlə yanaşı, gündəmi daha çox qeyri-adi və sosial şəbəkələrdə yayılan hadisələr formalaşdırır. Cəmiyyətdə əsas söhbətlər də məhz bu rəngarəng və gözlənilməz görüntülər ətrafında cəmlənib. 

Jalə Rövşən


XƏBƏR LENTİ
31 MAY 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Bütün Xəbərlər