ABŞ donanmasına ƏMR VERİLDİ: İran nəyə hazır olmalıdır?

Siyasət

28.01.2026 17:35

“İranda mövcud rejimin devrilməsi və yeni bir siyasi sistemin qurulması ABŞ-nin əsas hədəflərdən biridir”.

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə danışarkən bildirib.  


Onun sözlərinə görə, bu strategiya eyni zamanda İranın neft və qaz yataqlarının ABŞ ilə birgə işlənməsini də ehtiva edir. 

Analitik qeyd edib ki, dəniz blokadası effektiv nəticə verməyə bilər, çünki İranın güclü dəniz donanması mövcuddur:  

“Hazırda ABŞ İranla müəyyən nümayəndələr vasitəsilə danışıqlar aparır. Vaşinqton nüvə proqramından imtina, ballistik raket sistemlərinin məhdudlaşdırılması və proksi qüvvələrin dəstəklənməməsi kimi şərtlər irəli sürür”. 

Analitik hesab edir ki, İran prinsipial mövqe sərgiləyir, geri çəkilmir və müharibəyə hazır olduğunu açıq şəkildə bəyan edir.   

O bildirib ki, ABŞ-nin böyük hərbi qüvvə, ordu, aviadaşıyıcı gəmilər və havadan müdafiə sistemlərini İran ətrafına cəmləməsi aktiv hərbi əməliyyatların gündəmdə olduğunu göstərir və istənilən an hücum baş verə bilər.   

Analitikin qənaətincə, prosesin əsas məqsədi İranı regional və siyasi ambisiyalarından geri çəkmək və növbəti mərhələdə rejim dəyişikliyinə nail olmaqdır.   

Aysel Mətləb

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,ABŞ,İran,Todaypress.tv,