Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
07.07.2026 10:25 İqtisadiyyat

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib.

TodayPress TV xəbər verir ki, "Azeri Light" (CIF) markalı neftin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,1 faiz artaraq 73,71 ABŞ dollarına çatıb.

Bundan əvvəl Azərbaycan neftinin bir bareli 72,93 ABŞ dollarına satılırdı.

Qeyd edək ki, 2026-cı il dövlət büdcəsində "Azeri Light" markalı neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər