Zlatanın oğlu “Milan Futuro” layihəsinə qoşuldu
“Milan” klubunun keçmiş hücumçusu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilk peşəkar müqaviləsini imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı yarımmüdafiəçi “Milan Futuro” (“Milan”ın gələcəyi) layihəsinin bir hissəsi olduğundan məmnundur.
Xatırladaq ki, Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını başa vurub. Hazırda ulduz futbolçu “Milan” klubunda rəhbər vəzifədə çalışır.
Namiq HUN