120 məktəblinion öldüyü bombardman edilən məktəb SEPAH bazası imiş

120 məktəblinion öldüyü bombardman edilən məktəb SEPAH bazası imiş
23.10.2026 13:40 Dünya

İranın Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində uşaqların həlak olmasından sonra hakimiyyət nümayəndələrinin valideynləri günahlandırdığı iddia olunur. Hadisə məktəbin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə aid obyektlərin yaxınlığında yerləşməsi ilə bağlı sualları yenidən gündəmə gətirib.

TodayPress TV xarici KİV-ə istinadən məlumat verir ki, iddialara görə, fevralın 28-də ABŞ-ın «Tomahawk» raketləri İranın Minab şəhərində yerləşən «Şəcərə Tayyibə» ibtidai məktəbinə zərbə endirib. Hadisə nəticəsində təxminən 156 nəfərin, o cümlədən 120-yə yaxın uşağın, eləcə də müəllim və valideynlərin həlak olduğu bildirilir.

Məlumatda məktəbin SEPAH Hərbi Dəniz Qüvvələrinin obyektləri ilə əlaqəli ərazidə və ya həmin obyektlərin yaxınlığında yerləşdiyi qeyd olunur. Məktəbin SEPAH Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilən «Şəcərə Tayyibə» məktəblər şəbəkəsinə daxil olduğu da iddia edilir. Bu hallar məktəbin mülki təhsil müəssisəsi ilə hərbi infrastruktur arasındakı məsafə və təhlükəsizlik tədbirləri barədə suallar doğurur.

Hadisə ilə bağlı təqdim olunan məlumatlara əsasən, zərbələrdən əvvəl həmin ərazidə hərbi əməliyyatlar başlayıbmış. Müəllimlərin valideynlərə zəng edərək uşaqları məktəbdən götürmələrini istədikləri bildirilir. Buna baxmayaraq, raketlər məktəbə düşən zaman binada çoxlu sayda uşağın olduğu qeyd edilir.

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər