Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi

Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi
23.10.2026 13:02 Elm və Təhsil

Xəzər Universitetinin Siyasi Elmlər departamentinin professoru Ramiz Yunus ADU-da kafedra müdiri seçilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının iclasında səsvermə keçirilib və qərar yekdilliklə qəbul olunub.

Ali məktəbin rektoru Kamal Abdulla professor Ramiz Yunusun Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu xüsusi vurğulayıb. 

Səsvermədən sonra çıxış edən Ramiz Yunus göstərilən böyük etimada görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. 

O, həmçinin gənc nəslə analitik düşüncə, milli məsuliyyət və gələcəyə inam ötürməyin əsas prioritet olduğunu qeyd edib.

Ramiz Yunus sonda hər kəsi gələn həftə ADU-da “Subyekt olmaq” mövzusunda keçiriləcək mühazirəni dinləməyə dəvət edib.



Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər