“Zirə” gürcüstanlı futbolçusu ilə müqaviləni uzatdı

“Zirə” gürcüstanlı futbolçusu ilə müqaviləni uzatdı
07.07.2025 21:55 İdman

“Zirə” klubu gürcüstanlı futbolçusu Georgi Papunaşvili ilə müqavilə müddətini uzadıb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla yeni 2 illik razılıq əldə olunub.

Yarımmüdafiəçi 2026/2027 mövsümünün sonuna qədər “Zirə”də çıxış edəcək. O, 2024-cü ilin yayından paytaxt təmsilçisinin formasını geyinir.

Qeyd edək ki, Georgi Papunaşvili ötən mövsüm "Zirə"nin heyətində 33 qarşılaşmada 7 qol vurub, 3 ötürmə edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər