Autizimli uşağı döyən şəxsə cinayət işi açıldı
Autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, sosial mediada paytaxtın Suraxanı rayonun Bakıxanov qəsəbəsində yerləşən “Brain Academy” uşaqların erkən inkişaf mərkəzində autizm spektrli 2 yaşlı uşağa qarşı zorakılıq göstərildiyi iddia olunur.
Autizmli uşağın döyülməsi
polis tərəfindən araşdırılır
“Brain Academy" özəl bağça
Suraxanı rayonu
TodayPress.tv