Pezeşkian: “Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur”

Pezeşkian: “Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur”
21.10.2026 17:50 Dünya

Dialoq üçün zəmin yaradılması məqsədilə təhdidlər və sanksiyalar praktiki olaraq aradan qaldırılmalıdır.

TodayPress TV Apa-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

O qeyd edib ki, hər gün sanksiya və təzyiqləri artırmaq, qarşılıqlı əlaqə yollarını bağlamaq və eyni zamanda dialoqdan danışmaq olmaz.

“Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur”, - Pezeşkian əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər