Prezident Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə bağlı sazişi təsdiqlədi
“Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiq edilib.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qeyd edək ki, Saziş 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanıb.