Xərçəngi məğlub etdi: NBA çempionu parketə qayıdır

İdman

19.12.2025 18:01

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) çempionu olan “Oklahoma City Thunder” klubunun serbiyalı pleymeykeri Nikola Topiç xərçəng diaqnozu qoyulduqdan və kimyaterapiya kursuna başladıqdan bir neçə ay sonra yenidən məşqlərə qayıdıb.

TodayPress TV xəbər verir ki, basketbolçu komandanın məşqində iştirak edib və məşq zamanı topla çalışmalar həyata keçirib.

Qeyd edək ki, Nikola Topiç 2024-cü il NBA draftında “Oklahoma” tərəfindən 12-ci sıradan seçilib. O, çarpaz bağların qopması səbəbindən 2024/2025 mövsümünü tamamilə buraxıb.

20 yaşlı serb basketbolçu ötən mövsüm klubun çempionluğu sayəsində NBA çempionluq üzüyü əldə edib və bununla da NBA tarixində belə uğura imza atan ilk oyunçu olub. Hazırda Topiç hələ NBA-da rəsmi oyun keçirməyib.

Namiq HUN

TodayPress TV

tag: Nikola Topiç,Oklahoma City Thunder,Xərçəng,Müalicə,Todaypress.tv,