Ulduz məşqçilər mübarizədə: İlin ən yaxşısı kim seçiləcək?

Ulduz məşqçilər mübarizədə: İlin ən yaxşısı kim seçiləcək?
18.11.2026 13:42 İdman

“Globe Soccer Awards” mükafatının təşkilatçıları 2026-cı ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıblar.

TodayPress TV xəbər verir ki, mükafat uğrunda dünyanın müxtəlif klublarını və milli komandalarını təmsil edən 10 mütəxəssis mübarizə aparacaq.

Namizədlər arasında Mikel Arteta (“Arsenal”), Kristian Kivu (“İnter”), Unai Emeri (“Aston Villa”), Sesk Fabreqas (“Komo”), Luis Enrike (PSJ), Hans-Diter Flik (“Barselona”), Luis de la Fuente (İspaniya millisi), Vensan Kompani (“Bavariya”), Pere Romeu (“Barselona”nın qadın komandası) və Lionel Skaloni (Argentina millisi) yer alıblar.

Qeyd edək ki, 2025-ci ildə “Globe Soccer Awards”ın ilin ən yaxşı məşqçisi mükafatına PSJ-nin baş məşqçisi Luis Enrike layiq görülüb.

Namiq HUN

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər