Uğurlu dövr davam edir: Skaloni Argentina ilə yeni müqaviləyə “hə” dedi!
Argentina yığma komandasının baş məşqçisi Lionel Skaloni yerli Futbol Federasiyasının müqaviləni 2030-cu ilə qədər uzatmaq təklifinə müsbət cavab verib.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilib ki, tərəflər tezliklə son detalları razılaşdıraraq yeni saziş imzalayacaqlar.
Xatırladaq ki, Skaloninin rəhbərliyi altında Argentina yığması Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qalibi olub. “La Albiceleste” 2026-cı il mundialının finalında isə İspaniya millisinə məğlub olub.
Namiq HUN