Futbol əfsanəsinə kral səviyyəsində ehtiram: Messini İspaniyada böyük şərəf gözləyir!
Səkkizqat “Qızıl top” sahibi Lionel Messi İspaniya kralı VI Felipe və kraliça Letisiyanın rəsmi şam yeməyinə dəvət olunub.
TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, argentinalı ulduz futbolçu İspaniyanın Ovyedo şəhərinə səfər edərək İdman sahəsində Asturiya şahzadəsi mükafatını alacaq və Ovyedo İdman Sarayında məktəblilər, tələbələr və azarkeşlərlə görüşdə iştirak edəcək.
Axşam saatlarında isə kral ailəsi və digər mükafatçılarla birlikdə rəsmi şam yeməyi baş tutacaq. Cümə günü Kampoamor teatrında təntənəli mükafatlandırma mərasimi keçiriləcək və bundan dərhal sonra “İnter Mayami”nin hücumçusu MLS-də “Nyu-Vork Red Bullz”a qarşı səfər matçında iştirak etmək üçün ABŞ-yə yola düşəcək.
Namiq HUN