Rəqəmsal ensiklopediya "qaranlığa büründü"

Rəqəmsal ensiklopediya "qaranlığa büründü"
22.10.2026 05:25 Dünya

“Wikipedia”nın fəaliyyətində genişmiqyaslı nasazlıq müşahidə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" "Downdetector" platformasının məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, problemlər Bakı vaxtı ilə saat 19:00 radələrindən başlayıb. Ən çox şikayət ABŞ-dən daxil olub və müraciətlərin sayı təxminən 2 minə çatıb.

Kanada, Braziliya, Böyük Britaniya, Almaniya, Fransa, Niderland, İspaniya, Hindistan, Yaponiya və bir sıra digər ölkələrin istifadəçiləri də nasazlıqlarla bağlı məlumat veriblər.

İstifadəçilərin əksəriyyəti “Wikipedia” saytının və tətbiqinin işindəki problemlərdən, eləcə də hesaba daxil olmaqda yaranan çətinliklərdən şikayət ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər