ABŞ Yaxın Şərqdən hərbçilərini geri çəkir? Vaşinqtondan addım
ABŞ Yaxın Şərqdəki hərbi bazalarında və diplomatik nümayəndəliklərində çalışan personalın sayını azaltmağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
ABŞ ordusu İordaniya, Qətər və Küveytdəki bəzi bazalarda hərbi qulluqçuların sayını azaldır. Eyni zamanda, ABŞ Dövlət Departamenti regiondakı diplomatik nümayəndəliklərdə də heyət ixtisarına gedir.
Məlumata əsasən, Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyi məcburi yola düşmə rejiminə keçirilib. Bu qərar qeyri-fövqəladə heyətin və onların ailə üzvlərinin ölkədən çıxarılmasını nəzərdə tutur.
Türkan İsgəndərli