Kiyevə gecə hücumu: 6 nəfər xəsarət aldı - VİDEO
Rusiya ordusu oktyabrın 21-dən 22-nə keçən gecə Kiyevə ballistik raket zərbələri endirib.
TodayPress TV xəbər verir ki, hücum nəticəsində paytaxtın bir neçə rayonunda mülki obyektlərə ziyan dəyib, yanğınlar baş verib.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə, Darnytskyi rayonunda nəqliyyat infrastrukturu obyekti, Dniprovskyi rayonunda isə avtomobil təmiri stansiyası və fərdi yaşayış evləri zərər görüb.
Raket qalıqları digər yaşayış binalarının yaxınlığına və yanacaqdoldurma məntəqəsinin ərazisinə də düşüb. Hadisə nəticəsində avtomobillər yanıb, bəzi tikililərdə dağıntılar yaranıb.
İlkin məlumatlara əsasən, hücum nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
Hazırda xilasedicilər ərazidə yanğınları söndürür, zərər çəkmiş sahələrdə axtarış-xilasetmə işləri aparırlar.
Türkan İsgəndərli