“Başqa ölkələr də çağırırdı, amma biz Azərbaycanı seçdik” - Yevgeni Plyuşenkonun sərt və səmimi açıqlaması!
İkiqat olimpiya çempionu Yevgeni Plyuşenko oğlu Aleksandrın Rusiya və ya Belarus deyil, məhz Azərbaycan bayrağı altında çıxış etməsinin səbəblərini izah edib.
TodayPress TV xəbər verir ki, Plyuşenko bu barədə “Р-Спорт” nəşrinə açıqlama verib.
O, başqa ölkələrdən də dəvətlər aldıqlarını, lakin Azərbaycandan gələn təklifin xüsusi münasibətə və əməkdaşlığa əsaslandığını bildirib.
Plyuşenkonun sözlərinə görə, Emin Ağalarovla olan dostluq münasibətləri və Bakıda göstərilən isti qəbul bu qərarda mühüm rol oynayıb. Həmçinin Bakıda şouların təşkil olunması və beynəlxalq fiqurlu konkisürmə akademiyasının tikilməsi də əsas amillərdən olub. O, özünü “dünya vətəndaşı” hesab etdiyini və ailəsinin Rusiyada yaşamağa davam edəcəyini vurğulayıb.
Namiq HUN