Belçika XİN internet resurslarını bağladı - Avropada nə baş verir?
Belçikanın Xarici İşlər Nazirliyi PHP proqramlaşdırma dilindəki boşluqlardan istifadə etməklə kiberhücumların həyata keçirilməsi təhlükəsi ilə bağlı xəbərdarlıqlardan sonra internet resurslarını ehtiyat tədbiri olaraq müvəqqəti bağlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“PHP boşluqlarından istifadə edən kiberhücum təhlükəsi ilə bağlı məlumatlardan sonra ehtiyat tədbiri olaraq saytlarımızı müvəqqəti bağladıq”, – deyə vurğulanıb.
Qeyd olunub ki, Belçikanın kibertəhlükəsizlik sistemləri hələlik bu boşluqdan istifadə edilməklə ölkənin yerli saytlarına hücumlar qeydə almayıb.
Aysel Mətləb