Basketbol həvəskarı Devid Bekhem yenidən tribunada: Ulduz qonaq diqqətləri üzərinə çəkdi!

Basketbol həvəskarı Devid Bekhem yenidən tribunada: Ulduz qonaq diqqətləri üzərinə çəkdi!
22.10.2026 09:12 İdman

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və ABŞ-nin “İnter Mayami” klubunun həmtəsisçisi Devid Bekhem Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində keçirilən “Bruklin Nets” və “Şarlott Hornets” matçının qonağı olub. 

TodayPress TV xəbər verir ki, Nyu-Yorkdakı “Barklays-sentr” arenasında baş tutan qarşılaşma meydan sahiblərinin 103:110 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, oyun zamanı kameraların hədəfinə tuş gələn Bekhem qısa müddət əvvəl Çində keçirilən “Dallas Maveriks” – “Hyuston Rokets” matçında da tribunada görünmüş, hətta aktyor Ceki Çan və əfsanəvi basketbolçu Yao Minlə bir araya gəlmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər