Moskvaya 630 PUA ilə kütləvi hücum: Yaralılar var - VİDEO

Moskvaya 630 PUA ilə kütləvi hücum: Yaralılar var - VİDEO
22.10.2026 09:06 Dünya

Rusiyanın Moskva vilayəti və Lipetsk şəhəri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisələr nəticəsində bir neçə nəfərin xəsarət aldığı, yaşayış binalarına və tibb müəssisəsinə ziyan dəydiyi bildirilir.

TodayPress TV xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 163 PUA-nı vurub.

Ümumilikdə Moskva regionu istiqamətində 630 pilotsuz aparatın hərəkət etdiyi bildirilib.

Hücum zamanı Yeni Moskvanın Voronovo rayonunda iki nəfər xəsarət alıb. Onlara tibbi yardım göstərilir.

Lipetsk vilayətinin qubernatoru İqor Artamonov isə şəhərə PUA hücumu nəticəsində bir kişinin yaralandığını və xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Onun sözlərinə görə, vurulan dronların qalıqları yaşayış binalarının fasadlarına və pəncərələrinə, eləcə də Merkulov küçəsində yerləşən poliklinikanın binasına ziyan vurub. Hadisə zamanı tibb müəssisəsinin bağlı olduğu və içəridə heç kimin olmadığı qeyd edilib.

Hazırda PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlər işləyir. Hücumların vurduğu ziyanın miqyası dəqiqləşdirilir.

Türkan İsgəndərli 

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər