Putin güzəştə getmir, Vaşinqton isə ümidlidir...

Putin güzəştə getmir, Vaşinqton isə ümidlidir...
22.10.2026 10:55 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Vaşinqtona verdiyi yeganə güzəşt Ukrayna ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirməsi olub.

TodayPress TV xəbər verir ki, Axios-un məlumatına görə, Ağ Ev Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Moskva ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan digər addımların Kremlin danışıqlarda daha çevik mövqe tutmasına səbəb olacağını gözləyib. Lakin bu tədbirlər Rusiyanın mümkün sülh sazişinin şərtləri ilə bağlı mövqeyində hələlik ciddi dəyişiklik yaratmayıb. 

Məlumata görə, Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqların növbəti mərhələsi noyabrın 10-u ətrafında Əbu-Dabidə keçirilə bilər.

Nəşr  qeyd edir ki, Vaşinqtonun gözləntiləri ilə Moskvanın faktiki mövqeyi arasında ciddi fərq var. Rusiyanın enerji məhsullarına tətbiq olunan məhdudiyyətlərin yumşaldılması Moskvaya iqtisadi üstünlük qazandırsa da, danışıqlarda iştirak etməyə razılıq verməsi Rusiyadan ciddi siyasi öhdəlik tələb etmir.

Ukrayna üçün əsas məsələ Rusiyanın danışıqlar masasına qayıtması deyil, Moskvanın ölkənin suverenliyinə hörmət edən şərtlər əsasında müharibəni dayandırmağa həqiqətən hazır olub-olmamasıdır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər