Tramp: "Ukrayna və İran münaqişələri tezliklə bitəcək" - VİDEO

Tramp: "Ukrayna və İran münaqişələri tezliklə bitəcək" - VİDEO
22.10.2026 08:18 Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin və İranla müharibənin tezliklə başa çatacağını iddia edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə Cənubi Karolinada çıxışı zamanı danışıb.

O bildirib ki, indiyədək səkkiz müharibəni bitirib və indi daha iki münaqişənin sona çatmasına yaxınlaşır.

“Onlar necə olursa-olsun bitəcək”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp İranla bağlı proses başa çatdıqdan sonra neft qiymətlərinin də aşağı düşəcəyini bildirib. Ağ Ev rəhbəri bu prosesin nəticələrinin ödənilən qiymətə dəyəcəyini qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər