Tyerri Anrini xüsusi mükafata layiq gördü
İdman
19.12.2025 16:07
Fransa millisinin və “Arsenal” klubunun əfsanəvi kapitanı Tyerri Anri karyerası boyu əldə etdiyi nailiyyətlərə görə Lifetime Achievement (ömürlük nailiyyətlər) mükafatına layiq görülüb.
TodayPress TV xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
BBC rəhbərliyi fransız futbolçunun müasir futbolçu anlayışını yenidən formalaşdırdığını, həmçinin onun meydandakı istedadını, oyun zəkasını və futbola göstərdiyi böyük təsiri xüsusi vurğulayıb.
Qeyd edək ki, Anridən əvvəl bu mükafata Billi Cin Kinq, Pele, ser Bobbi Çarlton və Devid Bekhem kimi idman əfsanələri layiq görülüblər.
“Futbol mənə hər şeyi verdi və mən də ona hər şeyimi verdim. Bu mükafat sayəsində futbol tarixində tanınmaq, azarkeşlərin və komanda yoldaşlarımın qəlbində iz buraxmaq - bunu heç vaxt unutmayacağam”, — deyə Anri bildirib.
Namiq HUN
tag: Tyerri Anri,Klub,Mükafat,Karyera,Todaypress.tv,
