“Turan Tovuz” “Kəpəz”i yenə məyus etdi
Premyer Liqanın XVI turunun ilk oyun günündə bir qarşılaşma keçirilib.
TodayPress TV xəbər verir ki, Yevlax şəhər stadionunda “Kəpəz” komandası “Turan Tovuz”u qəbul edib.
Görüşün 6-cı dəqiqəsində Alexandro Serrano qonaq komandanı hesabda irəli çıxarıb – 0:1.
İlk hissə “Turan Tovuz”un minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Joarlem Santos fərqlənərək hesabı artırıb – 0:2.
Matç “Turan Tovuz”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra “Turan Tovuz” 16 oyundan sonra 27 xalla 4-cü pillədə, “Kəpəz” isə 9 xalla 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, komandalar arasında ilk dövrənin VI turunda keçirilən oyunda “Turan Tovuz” 3:0 hesablı qələbə qazanmışdı.
Namiq HUN