Məkan məlumatı səhvi boksçumuza baha başa gəldi!
Azərbaycanı təmsil edən boksçu Daniel Holostenko antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə idmandan kənarlaşdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Məlumata əsasən, idmançı məkan məlumatı ilə bağlı qayda pozuntusuna yol verib. Daniel Holostenkonun diskvalifikasiya müddəti 2026-cı il avqustun 31-dən başlayaraq 2028-ci il avqustun 31-dək davam edəcək.
Namiq HUN