Şok iddia: Kriştianu Ronaldu “Əl-Nəsr”in sahibi ola bilər!
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu 184 milyon avro məbləğində borcları səbəbindən satışa çıxarıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, “Milan” və “Tuluza”nın sahibləri olan “RedBird Capital Partners” şirkəti klubda mümkün investisiyalarla bağlı danışıqlar aparır. Eyni zamanda, komandanın ulduz hücumçusu Kriştianu Ronaldu da “Əl-Nəsr”in səhmlərinin 20%-ə qədərini əldə etmək istəyir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı liqasında 8 turdan sonra 19 xal toplayan “Əl-Nəsr” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və lider “Əl-Hilal”dan 5 xal geri qalır. Kriştianu Ronaldu cari mövsümdə 4 qola imza atıb, bombardirlər yarışına isə 11 qolla Ayvan Toni başçılıq edir.
Namiq HUN