Superkubokda qalmaqal: “Napoli” Alleqrini pislədi

İdman

19.12.2025 13:37

“Napoli” klubu rəsmi saytında “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin davranışını qınayan bəyanat yayımlayıb. 

TodayPress TV xəbər verir ki, hadisə İtaliya Superkubokunun yarımfinal matçı zamanı baş verib. 

Klubun bəyanatında deyilir:

“Napoli Futbol Klubu Superkubokun yarımfinalı zamanı, azarkeşlərin meydan kənarında olduğu və televiziya vasitəsilə canlı yayımlanan oyunda, “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin Qabriеле Oriаliyə qarşı dəfələrlə və kobud şəkildə, qeyri-etik ifadələr işlədərək təhqiramiz davranışını qətiyyətlə pisləyir. Ümid edirik ki, bu tam nəzarətsiz hücum diqqətdən kənarda qalmayacaq, xüsusilə də oyunun yayımında 33 kameranın iştirakı fonunda baş verənlərə şahid olmamaq mümkün deyil”.

Qeyd edək ki, “Napoli” – “Milan” qarşılaşması neopolitanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

tag: Napoli,Milan,Qalmaqal,Superkubok,Todaypress.tv,