"Sumqayıt" portuqaliyalı futbolçu transfer etdi

"Sumqayıt" portuqaliyalı futbolçu transfer etdi
10.07.2025 20:10 İdman

2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarına start verən “Sumqayıt” komandası ilk futbolçu keçidini reallaşdırıb.

Klubun mətbuat xidmətindən TodayPress TV -ə  verilən məlumata görə, portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalanıb. 30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində “14” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində ölkəsində “Vitoria Setubal”, “Arouka” kimi komandaların da şərəfini qoruyub.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər