Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu

Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu
03.07.2025 09:38 İdman

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə ölkə çempionatına yekun vurulub.

TodayPress TV AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançının mübarizə apardığı yarışın sonuncu günündə gənc oğlanlar və Elit/U-23 yaş qrupunda olan kişilər 110 km məsafəyə qrup ötüşməsində ən güclüləri müəyyənləşdiriblər.

Gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Artyom Proskuryakov hamıdan güclü olub. Onun komanda yoldaşı Əli Baxşıyev finiş xəttini 3-cü keçib. Gümüş medalı “Elçin Əsədov Velosiped Məktəbi”nin yetirməsi Süleyman Ələkbərov əldə edib.

Elit/U-23 yaş qrupunda “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin üzvü Musa Mikayılzadə fərdi ötüşmədə olduğu kimi, qrup ötüşməsində də Azərbaycan çempionu olub. Gümüş və bürünc medalları isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri - Tural İsrafilov və Nofəl Nuriyev qazanıblar.

Gənc oğlanlar (110 km)

1. Artyom Proskuryakov (ROEQİUGVM) – 3:35.35

2. Süleyman Ələkbərov (AE Cycling School) – 3:37.25

3. Əli Baxşiyev (ROEQİUGVM) – 3:40.18

Elit/U-23 kişilər (110 km)

1. Musa Mikayılzadə (GPVK) – 3:17.06

2. Tural İsrafilov (ROEQİUGVM) – 3:23.57

3. Nofəl Nuriyev (ROEQİUGVM) – 3:45.05

FOTOLAR

Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu — 1
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu — 2
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu — 3
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu — 4
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu — 5
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu — 6
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vuruldu — 7
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Bütün Xəbərlər