Rusiya qırıcısı yerə çırpıldı - Pilotlar katapult etdi
Rusiyanın Kalininqrad vilayətində təlim uçuşu həyata keçirən Su-30 qırıcısı qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin heyəti katapult edərək xilas ola bilib.
Pilotların həyatı üçün təhlükə olmadığı bildirilib.
Qəzanın səbəbi açıqlanmayıb.