Qərbin gözü qarşısında Rusiya-ABŞ sövdələşməsi - Sankt-Peterburqda böyük BAZARLIQ

Qərbin gözü qarşısında Rusiya-ABŞ sövdələşməsi - Sankt-Peterburqda böyük BAZARLIQ
21.10.2026 17:01 Dünya

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqdakı Konstantin Sarayında görüşüb.

TodayPress TV xəbər verir ki, “Vedomosti” nəşrinin məlumatına görə, görüşdə Ukrayna münaqişəsinin həlli, İran ətrafındakı vəziyyət, Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın bərpası və enerji təchizatı məsələləri müzakirə olunub.

Uitkoff Ukrayna münaqişəsinin həlli yollarını müəyyən edən sənədləri görüşə gətirdiyini bildirib. Putin isə ABŞ Prezidenti Donald Trampın münaqişənin dayandırılması və insan itkilərinin qarşısının alınması istiqamətində səylərinə görə təşəkkür edib.

Rusiya lideri həmçinin Tramp ilə Çində mümkün görüş məsələsini müzakirə etməyi təklif edib.

İran ətrafındakı böhranla bağlı danışan Putin Moskvanın vəziyyətin həllinə kömək etməyə hazır olduğunu bildirib. Rusiya daha əvvəl İranla ABŞ arasındakı fikir ayrılıqlarının diplomatik yolla aradan qaldırılmasını dəstəklədiyini açıqlamışdı.

Görüşdə iqtisadi əlaqələr də diqqət mərkəzində olub. Putin Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın bərpasında maraqlı olduğunu bildirib. Uitkoff isə iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə edildiyini qeyd edib.

Bundan başqa, Uitkoff Rusiya dizel yanacağının tədarükü ilə bağlı qərara görə Trampın adından Putinə təşəkkür edib. Rusiya prezidentinin sözlərinə görə, bu qərardan sonra dünya bazarında dizel yanacağının qiymətləri 5-6 faiz azalıb. Məlumata əsasən, Moskva və Vaşinqton oktyabrın 9-da 300 min tondan çox Rusiya dizel yanacağının tədarükü barədə razılığa gəliblər. Noyabrda əlavə 500 min ton, daha sonra isə 1 milyon ton yanacağın ixracı planlaşdırılır.

Putin Rusiyanın ABŞ bazarına böyük həcmdə gübrə tədarük etməyə də hazır olduğunu bildirib.

Görüş zamanı Rusiyada muzdlu fəaliyyətdə ittiham olunaraq həbs edilmiş ABŞ vətəndaşı Stiven Habbardın azadlığa buraxılması məsələsi də gündəmə gəlib. Putin Habbardın artıq Sankt-Peterburqun Pulkovo hava limanında olduğunu bildirib. Uitkoff qərara görə Rusiya tərəfinə təşəkkür edib.

Norveçin Baş naziri Yonas Qar Störenin sözlərinə görə, Uitkoff Putinlə görüşdən sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələri davam etdirmək üçün Osloya qayıdacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər