Salah: “Əgər kimisə incitmişəmsə, üzr istəyirəm”

İdman

20.12.2025 11:00

“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah komanda yoldaşlarından üzr istəyib.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, misirli hücumçu klub və baş məşqçi Arne Slot haqqında verdiyi tənqidi müsahibədən sonra bu addımı atıb.

Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Kertis Cons, Salahın “Lids”lə 3:3 hesablı heç-heçədən sonra etdiyi paylaşımı şərh edib:

“Mo müstəqil insandır və düşündüyünü deməyi bacarır. O, bizdən üzr istədi və dedi: ‘Əgər kimisə incitmişəmsə və ya narahat hiss etdirmişəmsə, üzr istəyirəm’. O, belə insandır. Mən yalnız Mo-nu necə tanıyıramsa, ona əsasən danışa bilərəm – bizə münasibəti necədir, özünü necə aparır. Düşünürəm ki, bu fikirlər sadəcə onun qalib olmaq istəyinin bir hissəsidir”.

Namiq HUN

TodayPress TV

tag: Məhəmməd Salah,Liverpul,Komanda,Üzr,Todaypress.tv,