“Sabah” qalib gəlsə, ilk yarını lider tamamlayacaq

İdman

22.12.2025 09:44

Azərbaycan Premyer Liqasında bu gün 2025-ci ilin son oyunu keçiriləcək.

TodayPress TV xəbər verir ki, XVI turun son qarşılaşmasında “Sabah” klubu səfərdə “Sumqayıt” komandası ilə üz-üzə gələcək.

“Bayquşlar” bu oyunda qələbə qazanacağı təqdirdə mövsümün ilk yarısını lider kimi başa vuracaq. “Sabah” hazırda 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Sumqayıt” isə 27 xalla dördüncü yerdədir.

İlin son oyunu FIFA referisi Tural Qurbanova həvalə olunub. Ona yan xətt hakimləri Asiman Əzizli və Rəhman İmami kömək edəcəklər.

Qeyd edək ki, XVI tur çərçivəsində keçirilən digər oyunlarda “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” “Qəbələ”ni (2:1), “Araz-Naxçıvan” isə “Şamaxı”nı (2:0) məğlub edib. “Zirə” – “İmişli” qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.

Namiq HUN

TodayPress TV

tag: Sumqayıt,Sabah,Futbol,Klub,Todaypress.tv,