Ronaldu 940-cı qolunu vurdu
“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu karyerasında 940-cı qolunu vurub.
TodayPress TV xəbər verir ki, 40 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Tavun”la oyunda fərqlənib.
Bu qol onun ümumi göstəricisini 940-a çatdırıb. Onlardan 802-si klub səviyyəsində, 138-i isə Portuqaliya millisində qeydə alınıb.
Xatırladaq ki, Ronaldu 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, indiyədək Ər-Riyad təmsilçisi üçün 114 matçda 101 qol vurub.
Töhfə Səməd