Qurban Qurbanov: "Sabah"la oyunda belə bir nəticənin olacağını təxmin edirdim"
İdman
18.12.2025 23:15
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının "Sabah"la oyunda zəif təsir bağışlayacağını təxmin edib.
TodayPress TV xəbər verir ki, bunu ağdamlıların baş məşqçisi özü Premyer Liqanın I turundan təxirə salınmış "Sabah"la oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim. Çünki son vaxtlar komandamız çox güc sərf edir. Bəzi futbolçularımızın zədəli və xəstə olması müəyyən problemlər yaratdı. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir".
Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
tag: Qarabağ, Qurban Qurbanov, Sabah, Oyun, todaypress.tv,
