Qış Paralimpiadasında iştirak üçün xallar yetərli olmadı

İdman

22.12.2025 11:54

Azərbaycan Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək Qış Paralimpiya Oyunlarında iştirakla bağlı məlumatı Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev açıqlayıb.

O bildirib ki, qış idman növləri Azərbaycanda hələ kifayət qədər populyar olmasa da, Qış İdman Növləri Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu sahədə mühüm işlər görülür.

Hidayət Abdullayevin sözlərinə görə, paradağ xizəyi üzrə idmançı Polad Rzayev Qış Paralimpiya Oyunları üçün reytinq xalları toplasa da, yarışlara gec qoşulduğu üçün qazandığı xallar Paralimpiadada iştirak üçün yetərli olmayıb:

“Amma əminəm ki, paralimpiyaçılarımız növbəti illərdə qış idman növlərində öz qüvvələrini sınayacaq və yüksək nəticələr göstərəcəklər”.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 6–15-də təşkil olunacaq.

Namiq HUN

TodayPress TV

tag: Qış Paralimpiadası,İştirak,Xal,Hidayət Abdullayev,Todaypress.tv,