“Qarabağ”ın qapıçısı 4–6 ay yaşıl meydanlardan uzaq qalacaq

“Qarabağ”ın qapıçısı 4–6 ay yaşıl meydanlardan uzaq qalacaq
19.12.2025 17:07 İdman

“Qarabağ” klubunun və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.

TodayPress TV xəbər verir ki, həkimlərin rəyinə əsasən, qolkiperin müalicə və bərpa müddəti 4–6 ay davam edəcək.

Azərbaycan çempionunun digər futbolçusu Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi çərçivəsində yeni ildən etibarən fərdi məşqlərə başlayacaq.

Hər iki futbolçunun müalicə və reabilitasiya prosesi “Qarabağ” klubunun tibbi heyətinin nəzarəti altında davam etdirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər