“Qarabağ”ın bütün vərəqələri ləğv olundu

“Qarabağ”ın bütün vərəqələri ləğv olundu
30.08.2025 15:30 İdman

“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının təsnifat mərhələsində aldığı bütün vərəqələr ləğv olunub.

TodayPress TV xəbər verir ki, qaydalara əsasən, təsnifat mərhələlərində alınan vərəqələr yarışın Liqa mərhələsində ös təsir gücünü itirir. 

Azərbaycan çempionunun futbolçuları yarışa “sıfır cəzadan” başlayacaqlar.

Xatırladaq ki, təsnifat mərhələlərində “Qarabağ”ın 8 futbolçusuna sarı vərəqə göstərilib. Heyət üzvlərindən Nəriman Axundzadənin (1), Kadinin (1), Kevin Medinanın (2), Mateus Silvanın (2), Mateuş Koxalskinin (1), Dani Boltun (1), Pedro Bikalyonun (1) və Aleksey Kaşukun (1) cəzaları sıfırlanıb.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər