Qadınlardan ibarət millimiz Moldovaya qalib gəldi

Qadınlardan ibarət millimiz Moldovaya qalib gəldi
16.09.2025 21:15 İdman

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Yığmanın digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.  

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər