Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs edildi

Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs edildi
22.10.2026 14:03 Hadisə

Gürcüstanda nəşr olunan “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham edilərək saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, Dito Çubinidze bu ilin fevral ayından müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar yayıb, Gürcüstanın Baş nazirinin gizli razılaşma yolu ilə Keşikçidağ məbəd kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib.

Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər