Paşinyan sülh sazişinin imzalanacağı tarixi AÇIQLADI

Paşinyan sülh sazişinin imzalanacağı tarixi AÇIQLADI
22.10.2026 13:16 Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini hesab edir.

TodayPress TV Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalana biləcəyini demişdim. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027–2028-ci illərdə imzalamalıyıq, bu il çətin ki, çatdıraq”, – deyə o qeyd edib.

Ermənistanın Baş naziri Azərbaycanla işləməyin vacibliyini vurğulayıb və sülh sazişinin imzalanmasını uzatmayacaqlarını da əlavə edib.

“Biz Azərbaycanla işləməliyik. Bizim vəzifəmiz tezliklə sülh müqaviləsi imzalamaqdır. Bunu 2031-ci ilə, hətta 2029-cu ilə qədər təxirə salmaq bizim planlarımızın bir hissəsi deyil. Bu, sadəcə olaraq, müəyyən vaxt aparacaq prosesdir”, - Ermənistanın baş naziri vurğulayıb.

O, həmçinin Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsini də istisna etməyib.

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər