Azərbaycanda qazla işləyən kombilər LƏĞV EDİLİR

Azərbaycanda qazla işləyən kombilər LƏĞV EDİLİR
22.10.2026 12:01 Sosial

Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək.

TodayPress TV Apa-ya istinadla xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid hədəfi müəyyənləşib. Bütün yeni binalar üçün elektrik istilik nasoslarının olması ilə bağlı qaydaların müəyyən edilməsi, istilik nasoslarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik istilik nasoslarının quraşdırılmasınn təşviqi də nəzərdə tutulan tədbirlər siyahısındadır.

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər