Tarixi uğur: Millimizin üzvləri U-15 Avropa çempionatında bürünc medalları rəsmiləşdirdilər!
Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatında 1/4 final döyüşləri başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan komandasının 10 boksçusu yarımfinal mərhələsinə yüksəlib.
Nuray Qafarova (50 kq) Nino Tirkia (Gürcüstan) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, finala gedən yolda Polina Ağacanyanla (Rusiya) üz-üzə gələcək.
Ələkbər Məmmədli (44 kq) Leonard Buhaniuçdan (Moldova) güclü olub – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü 1/2 finalda Rian Branaqanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
Sənan Nəsibli (52 kq) David Popeskunu (Rumıniya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuz yarımfinalda Lazar Yovanoviçlə (Serbiya) döyüşəcək.
Sadiq Xəlilov (54 kq) Yaroslav Mikolauskasa (Rusiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Naxçıvan boksunun yetirməsi final üçün Cey Şeridanla (Şotlandiya) gücünü yoxlayacaq.
Yusif Əli (57 kq) də növbəti dueldən qalib ayrılıb. O, Nikola İliçi (Monteneqro) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. Təmsilçimiz 1/2 finalda Kirilo Çumakovu (Ukrayna) sınağa çəkəcək.
Sunay Əzimov (60 kq) isə vaxtından əvvəl qələbə qazanıb. O, Daniel Sardarunu (Rumıniya) üçüncü raundda tam üstünlüklə məğlub edib. Əzimov yarımfinalda Solomon Duboislə (İngiltərə) qarşılaşacaq.
Qeyd edək ki, daha öncə Rafael Abbasov (66 kq), Sərxan Haqverdiyev (70 kq), Hüseyn Aydəmirli (90 kq) və Gülay Ocaqova (57 kq) da bu hüquqa yiyələnib. Millinin 10 idmançısının hər biri yarımfinala vəsiqə qazanmaqla özləri üçün Avropa çempionatının bürünc medalını da təmin ediblər.
Namiq HUN