Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
TodayPress TV yerli idarəetmə və dövlət qulluğu sahəsində geniş təcrübəyə malik olan yeni icra başçısının tərcümeyi-halını təqdim edir:
Orxan Məmmədov ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) alıb. Daha sonra Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirərək ikinci ali təhsilə yiyələnib. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr dərəcəsi alıb.
Dövlət qulluğu sistemində müxtəlif məsul vəzifələrdə çalışan O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyətində fəaliyyət göstərib. O, əvvəlcə Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri, daha sonra isə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
Qeyd edək ki,Yardımlının keçmiş icra başçısı Ayaz Əsgərov olub. O, 2016–2026-cı illərdə bu vəzifəni icra edib və dövlət başçısının 15 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Türkan İsgəndərli