10 min Suriya əsgəri Yəmənə gedir - Səudiyyə milyardlar verəcək
Səudiyyə Ərəbistanı husilərə qarşı döyüşmək üçün Suriyadan Yəmənə 10 minə qədər silahlı döyüşçü göndərməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatlar mediada yayılıb.
İddialara görə, təklif olunan razılaşma çərçivəsində hər döyüşçüyə aylıq 2 min dollar ödənilməsi nəzərdə tutulur.
Məlumatlarda bildirilir ki, suriyalı komandirlər logistika imkanlarını qiymətləndirmək üçün Səudiyyə Ərəbistanının sərhəd bölgələrinə səfərlər ediblər. Döyüşçülər arasında müxtəlif ölkələrin vətəndaşlarının olduğu da iddia edilir.
Qeyd edək ki, məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.
Jalə Rövşən