Texas tərzində sürət: "Mercedes"dən ABŞ Qran-prisinə özəl möhtəşəm dizayn!

Texas tərzində sürət: "Mercedes"dən ABŞ Qran-prisinə özəl möhtəşəm dizayn!
22.10.2026 10:46 İdman

Almaniyanın “Mercedes” komandası “Formula-1” çempionatının Texasın Ostin şəhərində keçiriləcək 18-ci mərhələsi - ABŞ Qran-prisi üçün xüsusi kovboy üslubunda yarış kombinizonlarını nümayiş etdirib. 

TodayPress TV xəbər verir ki, bu mərhələdə Andrea Kimi Antonelli izləyiciləri ilə xal fərqini 125 xala çatdıracağı təqdirdə vaxtından əvvəl çempion ola bilər.

2026-cı il mövsümünün 18 mərhələsindən sonra “Mercedes” komandası 578 xalla Mühəndislər Kubokuna başçılıq edir. “Ferrari” 444 xalla ikinci, “Maklaren” isə 339 xalla üçüncü yerdə qərarlaşıb. 

Fərdi hesabda 340 xala malik Andrea Kimi Antonelli liderdir. O, 238 xalı olan komanda yoldaşı Corc Rasseli qabaqlayır. 

Namiq HUN

TodayPress TV 

FOTOLAR

Texas tərzində sürət: "Mercedes"dən ABŞ Qran-prisinə özəl möhtəşəm dizayn! — 1
Texas tərzində sürət: "Mercedes"dən ABŞ Qran-prisinə özəl möhtəşəm dizayn! — 2
Texas tərzində sürət: "Mercedes"dən ABŞ Qran-prisinə özəl möhtəşəm dizayn! — 3
XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər