ABŞ səfirləri çıxmağa başladı - gün ağarmamış müharibə başlayacaq - VİDEO
ABŞ Yaxın Şərqdə diplomatlarının ailələrini təxliyə edir.
TodayPress TV xəbər verir ki, ABŞ Dövlət Departamenti Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması fonunda regiondakı bir sıra diplomatik nümayəndəliklərdə çalışan əməkdaşlar və onların ailə üzvləri ilə bağlı təxliyə tədbirləri görüb.
Məlumata görə, Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyinin vacib olmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verilib.
Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İordaniyada ABŞ diplomatlarının ailə üzvlərinin də ölkələri tərk etməsi tələb olunub.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin İranın mümkün hücumları riskini nəzərə alaraq Yaxın Şərqdə 11 ölkə üzrə təhlükəsizlik xəbərdarlığı elan etdiyi bildirilmişdi. Həmin ölkələr İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt, İraq, İordaniya, Livan, Oman və Yəməndir.
Jalə Rövşən