Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı
22.10.2026 13:34 Sosial

Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç yola salınıb.

TodayPress TV xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.

Bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.

TodayPress TV


XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər