Basketbol dünyasını silkələyən qalmaqal: Avroliqa hakimi rüşvət ittihamı ilə saxlanıldı!

Basketbol dünyasını silkələyən qalmaqal: Avroliqa hakimi rüşvət ittihamı ilə saxlanıldı!
22.10.2026 13:22 İdman

Yunanıstan prokurorluğu Avroliqa hakimi Vasiliki Tsaruxanı rüşvət və danışılmış matçlarla bağlı istintaq çərçivəsində saxlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Gazzetta.gr” nəşri məlumat yayıb. 

Bildirilib ki, o, oktyabrın 21-də Avrokubok matçındakı işini başa vurub Afinaya qayıdarkən həbs olunub. 

Baş verən hadisə ilə əlaqədar Avroliqanın mətbuat xidməti rəsmi açıqlama yayaraq hakim Vasiliki Tsaruxanın daxili və qurumun apardığı istintaq başa çatanadək bütün yarışlardan kənarlaşdırıldığını bəyan edib. 

Həmçinin araşdırma çərçivəsində Yunanıstan çempionatının digər iki hakimi - Petros Papapetru və İlias Koromilasın da şübhəlilər siyahısına düşdüyü bildirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər